Polis paytaxtda narkotik əməliyyatı keçirib

 Bakıda narkotik vasitə alverçiləri yaxalanıb.

Bakıda narkotik vasitə alverçiləri yaxalanıb. "Olaylar"ın məlumatına görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Famil Mehdiyev saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 1,040 qram heroin və 0,525 qram narkotik maddə olan metanfetamin aşkar edilərək götürülüb.

Azərbaycanda iki vəzifəli şəxs həbs edildi

Həmin gün Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları isə keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri Eyvaz Aslanovdan 0,046 qram, Mirsəftər Aslanovdan isə 0,027 qram narkotik maddə olan heroin aşkar edərək götürüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31