Ramiz Mehdiyevin cavanlıq sirri: Maral buynuzu ilə müalicə...

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin özünü maraqlı üsulla müalicə etdirdiyi məlum olub.

AMEA rəhbəri hər il yaz aylarında qanını təmizlədir. Belə ki, R.Mehdiyevin qan dövranını yaxşılaşdırmaq və hüceyrələri aktivləşdirmək üçün ona qan köçürülür.

Qədim təbabət növü hesab olunan pant vannası sümük və oynaq ağrılarını aradan qaldırır, ürək-qan damar fəaliyyətini yaxşılaşdırır, prostatiti, kişi sonsuzluğunu və cinsi zəifliyi aradan qaldırır.

Qeyd edək ki, baharda, aprel-may aylarında maral buynuzunu atır. Pantlar 3 sutka qaynadılır. 2,5-3 kq buynuz 10 prosedur üçün kifayət edir. Maral buynuzunun tərkibində 23 amin turşusu var. Ənənəvi Şərq təbabətində pant vannaları gücün və cavanlığın qorunması, eləcə də bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Xroniki yorğunluğun aradan qaldırılması, maddələr mübadiləsi, metabolik proseslərin intensivliyinin artırılması, müqavimətin gücləndirilməsi, damarlarda mikrosirkulyasiyanın sürətləndirilməsində faydalıdır.unikal.orq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31