“Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməlidir”

 Ayaz Hüseynov: “Yalnız bundan sonra normal həyata qayıda biləcəyik”.

 Ayaz Hüseynov: "Yalnız bundan sonra normal həyata qayıda biləcəyik".

"2020-ci ilin mart ayından pandemiya elan olundu. COVİD -19 pandemiyası Azərbaycandanda yan keçmədi. Belə ki, Operativ Qərargahın ilk sərtləşdirilmiş karantin rejimi öz töhvəsini vermişdi. Lakin  cəmiyyətdə bu virusa inamsızlıq var idi və bir çox insanlar məsələnin süni şəkildə şişirdilmiş olduğunu qeyd edirdilər". Bunu "Olaylar"a deyən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovun sözlərinə görə, bu düşüncələr zəmnində insanlar maska taxmadı, məsafə saxlamadı və yoluxma yenidən artaraq karantin qaydaları sərtləşdi: "İnsanların Operativ Qərargahın qərarlarından yorulması və ümumi vəziyyətin cəmiyyət üçün sıxıcı olması aydın məsələdir. Amma gərək unutmayaq ki, bu ümumilli məsələdir və bu ağır dönəmdə cəmiyyət və dövlət tamlığı ilə bir olmalı və qoyulan qaydalar yekdilliklə əməl edilməlidir. Əks halda biz sərt karantin rejimindən  hələ uzun müddət çıxa bilməyəcəyik. Dünyada Covid -19 infeksiyasına qarşı peyənd icad edilənə qədər, saydığımız sadə qaydaları: 1. maskadan istifadə, 2. sosial məsafə, 3. şəxsi gigiyena və ətraf mühitin qorunması əməl etməklə tez bir zamanda karantin rejimindən çıxa və əvvəlki həyat tempinə qayıda bilərik".

O, əlavə edib ki, dünya ölkələrinə nəzər salsaq məsələn, İsveçrə, Yaponiya, İsveçdə görərik ki,  qoyulan qaydalara vətəndaşlar  şərtsiz əməl etdiklərinə görə karantin rejiminin tətbiqinə ehdiyac duyulmadı və insanlar həmişəki həyat ritmində yaşamağı davam etdilər: "Müşahidələrimizə gorə Azərbaycanda çox olmasa da,  amma hələ də  qoyulan sadə qaydalara cəmiyyət içində əməl etməyənlər var. Bu da rayonlar və Bakı şəhəri arası yolların açılmasının ləngiməsinə səbəb olur. Bir daha təkrarlamaq istərdim ki, birlik nümayiş etdirilməlidir. Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməli və yalnız bundan sonra yoluxma sayı minimuma endikdə, normal həyata qayıda biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31