Bakıda taksidə uşaq dünyaya gəlib
4 Sentyabr 2020 07:04 SosialBu gün Bakıda 189 nömrəli taksidə uşaq dünyaya gəlib.
Axşam.az xəbər verir ki, bu barədə taksi şirkəti "Facebook" səhifəsində məlumat verib:
"Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün 189 taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutur və qadın övladını avtomobildə dünyaya gətirir. Dərhal reaksiya verən sürücümüz Mehman Rzayev yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31