Ermənistanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 38 nəfər öldü
Ermənistanda 31 avqust-3 sentyabr tarixlərində spirtli içkidən zəhərlənənlərin sayı artıb.
3 Sentyabr 2020 15:35 SosialErmənistanda 31 avqust-3 sentyabr tarixlərində spirtli içkidən zəhərlənənlərin sayı artıb.
Olaylar.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti bu müddət ərzində 38 nəfərin zəhərlənərək öldüyünü bildirib.
Onlardan ikisi Armavir bələdiyyəsinin işçiləridir.
Zəhərlənmə hadisələrinin əksəriyyəti Armavir bölgəsində və Ermənistanın paytaxtında qeydə alınıb.
Bundan əvvəl Armavir Regional İstintaq İdarəsində Ermənistan Cinayət Məcəlləsinin 279-cu maddəsinin 3-cü hissəsi (malların sərbəst buraxılması və ya satışı, işin yerinə yetirilməsi və ya təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərilməsi) ilə cinayət işi başlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31