AzTV-nin reklam müdiri: Pula görə işdən çıxarılmağım...

Mənim AzTV-nin reklam departamentinin müdiri vəzifəsindən azad edilməyim barədə yayılan məlumatlar əsassıszdır.

Mənim AzTV-nin reklam departamentinin müdiri vəzifəsindən azad edilməyim barədə yayılan məlumatlar əsassıszdır.

Bunu Kult.az-a açıqlamasında AzTV-nin reklam departamentinin müdiri Süleyman Məmmədov deyib. O bildirib ki, hazırda iş başındadır:

"O qədər paxıl və bu yerdə gözü olan insanlar var. Yəqin ki, bu yalan məlumatlar ona görə yayılır. Mətbuat qarşı tərəfin mövqeyini öyrənmədən bu məlumatları dərc etməməlidir, şəxsi münasibətləri işə qatmaq düzgün deyil. Biz yeni layihə düşünürük və onun üzərində işləyirik. Mənim işdən azad edilməyim və ya reklam pullarını mənimsəməyim barədə yayılan məlumatlar böhtandır".

Qeyd edək ki, AzTV-nin reklam departamentinin müdiri Süleyman Məmmədovun reklam pullarını mənimsəməsi səbəbindən işdən azad edilməsi barədə məlumat yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31