QHT rəhbəri təkliflə çıxış etdi
Fikrət Xəlilov: “Bu tədbirlər xəstəliklərin ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq”
3 Sentyabr 2020 11:22 SosialFikrət Xəlilov: "Bu tədbirlər xəstəliklərin ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq"
"Azərbaycan dünya ölkələriylə müqayisədə koronovirus bəlasından ən az itkiylə çıxan ölkələrdən biridir. Hər gün göstərilən rəqəmlər dediklərimizə əyani sübutdur". Bunu "Olaylar"a deyən "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin rəhbəri Fikrət Xəlilovun sözlərinə görə, ölkəmizdə koronovirusdan ölənlərin və xəstələnənlərin sayının az olması heç şübhəsiz dövlət səviyyəzində aparılan qabaqlayıcı tədbirlərin nəticəsidir: "Biz hamımız informasiya aqentliklərinin verdiyi məlumatlardan yaxşı bilirik ki, bir sıra ölkələrdə karantin rejimi tədbiq edilmədi və bu epidemiyaya həmin ölkələrin rəhbərlikləri ciddi yanaşmadı. Bunun sonrakı nəticələri hamıya məlumdur. Azərbaycan isə ilk günlərdən dünyanı cənginə alan pandemiyaya dövlət səviyyəsində ciddi münasibət göstərdi. Bununla əlaqədar Operativ Qərərgah yaradıldı, bütün ölkədə gediş- gəlişə məhdudiyyət qoyuldu, karantin rejimi tətbiq edildi, bu istiqamətdə güclü təbliğat işləri aparıldı, ölkənin bütün səhiyyə sistemi koronovirusla mübarizəyə yönəldildi, modul tipli xəstəxanalar yaradıldı və s. Son zamanlar şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsini də bura əlavə etmək olar. Bütün bunların hamısı yaxşıdır və bu tədbirlərin hər birinin özlüyündə koronovirusun yayılmasının qarşısının almasında müəyyən qədər rolu olmuşdur. Lakin qarşıdan soyuq fəsillər gəlir. Bu vaxtlarda isə həmişə respirator xəstəliklərin sayı artmış olur. Şübhəsiz ki, həmişəki hal bu ildə təkrar olunacaq. Pandemiya dövründə isə respirator xəstəliklərin yayılması müəyyən çətinliklər yarada bilər. Buna görə hesab edirəm ki, qabaqlayıcı tədbirlər görmək lazımdır. Bunlar aşağıdakilardan ibarət olmalıdır:
1.İçtimayi nəqliyatın yükü xeyli azaldılmalıdır; çünki respirator xəstəliklərin yayılmasında içtimayi nəqliyatın rolu böyükdür.
2. Bütün təhsil müəssisələrində, ələlxüsusda orta məktəblərdə şəxsi qiqiyena qaydaları təlim edilməlidir.
3. Gigiyena-Epidemioloqiya mərkəzlərinin fəaliyyəti gücləndirilməlidir.
4. İnfeksionistlərin bir hissəsi qrup şəklində, belə ki, üç-üç, dörd-dörd maarifləndirmə işləri aparmaq üçün rayonlara uzummüddətli ezamiyyətə göndərilməlidir.Çünki infekcion xəstəliklərin yayılmasının qarşısının alınmasında maarifləndirmə işlərinin rolu əvəzsizdir. Bu tədbirlər heç şübhəsiz respirator xəstəliklərin ölkəmizdə geniş miqyasda yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaqdır".