Məhbus qardaşına narkotik ötürmək istəyən şəxs saxlandı
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
2 Sentyabr 2020 17:49 SosialƏdliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə əsasən təqsirli bilinərək 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Əhmədov Elşən Rəşid oğluna qardaşı Bakı şəhər sakini Əhmədov Emin Rəşid oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan ət sousunun içərisində xüsusi üsulla gizlədilən 3 ədəd sellofan bükülüdə ümumi şəkisi 2,706 qram olan heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ittihama görə, E.Əhmədov 8 nəfərə qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon manata yaxın maddi zərər vurmaqda ittiham edilib. Ə.Əhmədov daha əvvəl də dələduzluq və quldurluq ittihamları ilə iki dəfə məhkumluq həyatı yaşayıb.