Avtomobildə narkotik vasitə Aşkar Edilib
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
2 Sentyabr 2020 16:23 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. DGK-dan "Olaylar"a verlən məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn "Mercedes Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin üzərindəki yük qismində olan "Chevrolet Curuze" markalı minik avtomobilində kağız bükümdə ümumi çəkisi 6,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31