Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə xüsusi bölmələr yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə xüsusi bölmələr yaradılıb. Qurumdan "Olaylar"a bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində yaradılan sosial-psixoloji reabilitasiya bölmələrinə psixoloq, abilitoloq və təlimatçılar cəlb olunacaq. Agentlik tərəfindən sosial-psixoloji reabilitasiya xidmətinin təşkili formaları və kadr hazırlığı ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq ediləcək. Bu məqsədlə həmin İnstitutla memorandumun imzalanması da planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31