Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulub

Hacıqabul-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) apardığı yenidənqurma işləri sona çatıb.

Bu barədə "OLAYLAR"a AAYDA-dan bildirilib.

Məlumata görə, sözügedən avtomobil yolunun uzunluğu 11,5 km-dir. Yolun 6,4 km-lik hissəsi III texniki dərəcəli, 5,1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.

Aparılan yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yarasız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 p/metr uzunluğunda borular quraşdırılıb, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31