Neftçalada yüksək gərginlikli elektrik xətlərinin ətrafı təmizlənib

Neftçala rayonu ərazisindəki yüksək gərginlikli elektrik xətlərinin altına düşən torpaq sahələri şumlanaraq kol-kosdan təmizlənib.

Neftçala rayonu ərazisindəki yüksək gərginlikli elektrik xətlərinin altına düşən torpaq sahələri şumlanaraq kol-kosdan təmizlənib.

"OLAYLAR"-a daxil olan məlumata görıə, Neftçala Rayon İcra Hakimiyyətinin tövsiyyəsi ilə Neftçala rayonu ərazisində yaşayış məntəqələrindən keçən yüksək gərginlikli xətlərdə gələcəkdə baş verə biləcək qəzalar zamanı  yanğın hallarının qarşısının öncədən alınması məqsədi ilə rayonun bir çox  yaşayış məntəqələrində olduğu kimi Boyat, Sarıqamış, Xəzər, Yuxarı Qaramanlı və Xol Qaraqaşlı kəndlərində də  yüksək gərginlikli elektrik xətlərinin altına düşən torpaq sahələrinin şumlanaraq kol-kosdan təmizlənməsi işləri başa çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31