Mənzildən 14 min dollar oğurlayan şəxs tutulub
Sumqayıtda mənzildən pul oğurlanıb.
1 Sentyabr 2020 15:31 SosialSumqayıtda mənzildən pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da şəhər ərazisindəki evlərin birindən 14 400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəhər sakini D.Teşkin saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31