Ağaclara qənim kəsilən şirkət tapıldı tapıldı

Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb. "Olaylar" xəbər verir ki,  Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ünvanda "Real-Park" MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub: "Faktla bağlı MMC barəsində akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31