Özünü yeməyə çalışan ilan görənləri şoka saldı - VİDEO
Özünü yeməyə çalışan ilanın videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.
1 Sentyabr 2020 11:43 SosialÖzünü yeməyə çalışan ilanın videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Olaylar.az xəbər verir ki, Hindistan meşə xidməti zabiti Susanta Nandanın "Twitter" səhifəsində yerləşdirdiyi görüntülər "Republic World" nəşrinin də diqqətini çəkib.
32 saniyəlik videoda ilan öz quyruğunu dişləyərək udur. Sonra ilanın ağzına maye çəkirlər və o, quyruğunu buraxır.
Nanda izah edib ki, digər ilanları yeyən ilanlar çox vaxt öz quyruqlarını başqa ilanla səhv salaraq özlərini yeyirlər
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31