Ölkəyə vərəm xəstəliyinə qarşı dərman gətirilib
Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsinə dəstək məqsədi ilə həyata keçirilən layihə çərçivəsində Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda vərəmin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir.
1 Sentyabr 2020 11:40 SosialAzərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsinə dəstək məqsədi ilə həyata keçirilən layihə çərçivəsində Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda vərəmin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, bu dəfəki çatdırılmada BMTİP-nin beynəlxalq təchizat zənciri vasitəsilə ölkəyə 2 395 qutu dərman preparatı gətirilib. Bu günə qədər layihə ölkədə 7 300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.