Direktor müavininin 2 yaşlı qızı qonaq getdikləri həyətdən yoxa çıxdı - Meyiti tapıldı
31 Avqust 2020 20:45 SosialDünən günorta saatlarında Erzurumun Xorasan qəsəbəsində yoxa çıxan 2 yaşlı Merve Bayrakın meyiti tapılıb.
İHA xəbər verir ki, azyaşlı qızın cansız bədəni bir dərə kənarında çoban tərəfindən aşkar edilib.
Kənddəki bir məktəbdə direktor müavini vəzifəsində çalışan Ebrar Bayrak qızı Merve Bayrakı götürərək toyda iştirak məqsədilə yaşadıqları ərazidən 15 kilometr məsafədə yerləşən Azap Məhəlləsinə gedib.
Günorta saatlarında qohumlarının evinin önündə oyun oynayarkən azyaşlı qız uşağının evin ətrafında olmadığını görən ana Bayrak, qonşularının köməyi ilə qızını axtarmağa başlayıb. Axtarışın nəticə vermədiyini görən ana polisə məlumat verib.
Məhəllə sakinləri və polisin axtarışları heç bir nəticə verməyib və Mervenin axtarışı sabaha saxlanılıb. Yoxa çıxan qızın meyiti kənddən 8 kilometr uzaqda yerləşən dərə kənarında bir çoban trəfindən tapılıb.