Deputat: “Sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icaizənin aradan qaldırılması məqsədəuyğundur”

“Bizim binada yaşayan paytaxt sakinlərindən biri, demək olar, hər gün məndən rayonlara gediş-gəlişə nə zaman icazə veriləcəyini soruşur.

"Bizim binada yaşayan paytaxt sakinlərindən biri, demək olar, hər gün məndən rayonlara gediş-gəlişə nə zaman icazə veriləcəyini soruşur. Aylardır ki, o nəvəsini görmək istəyir amma karantin səbəbindən paytaxtı tərk edə bilmir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əslində, yoluxma sayı ilə bağlı son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icaizə verilməsinə zəmin yaradır: "Artıq rayonlar qırmızı zonada deyil, paytaxtda da yoluxma sayı optimallaşır. Əlbəttə, bu da heç bir halda bizdə arxayınçılıq yaratmamalıdır və vaksin tapılana və pandemiya lokallaşanadək qaydalara ciddi əməl edilməsinə ehtiyac var. Bununla yanaşı, paytaxtdan rayonlara səfərlər həmçinin bölgələrin sosial-iqtisadi inkişafı baxımdan da vacibdir. Çünki son illər bölgələrin real gəlirlərində turizm gəlirlərinin payı artmaqdadır və daxili turizmin inkişafı üçün də səfər məhdudiyyətinin aradan qaldırılmasına ehiyac var. Bu baxımdan, sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icaizənin aradan qaldırılması məqsədəuyğundur. Okyabrdan ali məktəblərdə təhsilin də mərhələli şəkildə başlanacağını nəzərə alsaq icaizənin götürülməsi daha da aktuallaşıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31