Lerikdə "Aşura" mərasimi keçirmək istəyənlər Saxlanıldı

 Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub

Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin "Aşura" mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər.Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar. Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31