Daha 5 yeni rebilitasiya mərkəzi açılacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi üçün aparılan işlər davam etdirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi üçün aparılan işlər davam etdirilir. "Olaylar" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin sonunadək Sumqayıt və Şirvan şəhərlərində müasir tələblərə uyğun qurulmuş Reabilitasiya Müəssisələrinin açılması nəzərdə tutulub. Bakının Xəzər rayonunda Müalicə Pansionatı da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Uşaq bərpa müəssisələri şəbəkəsinin regionlar üzrə genişləndirilməsinə də başlanılıb. Bu məqsədlə Nazirlik Qəbələ və Şəmkir rayonlarında inşa etdirdiyi uşaq reabilitasiya mərkəzlərinin bu ilin sonuna açılmasını planlaşdırılır. Təkcə bu ay regionlarda müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsini istifadəyə verən Nazirlik ümumilikdə 2020-ci ildə 8 belə müəssisənin açılışını nəzərdə tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31