Dəfələrlə su istəyən aparıcı canlı yayımda huşunu itirdi – VİDEO

Türkiyədə 30 avqust Zəfər Bayramı səbəbilə xüsusi reportajlar hazırlayan TRT Haber kanalının müxbiri Nilgün Balkaç canlı yayımda havanın çox isti olduğunu bildirdikən sonra huşunu itirərək yerə yıxılıb.

Qazet.az xəbər verir ki, "Böyük Zəfər"in 98-ci ildönümü münasibətilə Kocatepedən 4 saat fasiləsiz canlı yayım həyata keçirən təcrübəli aparıcı həmkarlarından bir neçə dəfə su istədikdən sonra huşunu itirib.

Sonradan onun sağlamlığı ilə bağlı ciddi bir təhlükənin olmadığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31