Vitse-spikerin “Facebook” səhifəsinə kiberhücum edilib
Milli Məclisin vitse-spikeri Adil Əliyevin “Facebook” sosial şəbəkədəki hesabına kiberhücum edilib.
31 Avqust 2020 10:59 SosialMilli Məclisin vitse-spikeri Adil Əliyevin "Facebook" sosial şəbəkədəki hesabına kiberhücum edilib. "Olaylar"ın məlumatına görə, onun sosial şəbəkə hesabına girşində məhdudlaşdırmalar yaranıb. Bildirilir ki, artıq informasiya trexnologiyaları mütəxəssisləri tərəfindən millət vəkilinin "Facebook" hesabının bərpası istiqamətində işlər aparılır.
Qeyd edək ki, Adil Əliyev millət vəkilliyi ilə yanaşı, xarici ölkələrdə Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması istiqamətində də fəal işlər aparmaqdadır. Bu baxımdan, onun sosial şəbəkə hesabının erməni hakerləri tərəfindən hücuma məruz qalması şübhələr doğurmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31