"Belim qırıldı, ata, hər səhər durub ağlayıram"
31 Avqust 2020 10:27 Sosial"Düz bir aydır yanımızda yoxsan. Quş kimi uçdun göyə. Sənsiz hər səhər durub ağlayırıq".
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) atası haqda paylaşımında qeyd edib. Koronavirus infeksiyasına yoluxan və bir ay əvvəl dünyasını dəyişən atası haqda Renka bunları əlavə edib:
"Bir aydır sənin yoxluğuna inanmırıq. Sən bizə həm ata, həm dost, həm də qardaş oldun. Belim qırıldı, ata. Sənsiz qaldım... Ürəyimiz sənsiz yanır axı... Bilmirəm necə ayağa durum. Yuxudayam, heç kim sənin getməyinə inanmır. Allah sənə rəhmət eləsin, mənim nur üzlü atam.
Hamı deyir səbr elə, edə bilmirəm. Başıma hava gəlir, öz-özümə danışıram dəli kimi. Səndən doymadım, ata. 2020-ci il 29 iyul - kaş o gün oyanmazdım, o xəbəri eşitməzdim. Kaş pis ata olardın, belə yanmazdım".


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31