Komitə İsmayıllıda yaşayan ailəni nəzarətə götürüb
27 avqust 2020-ci il tarixdə kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Bizlan kəndində çətin şəraitdə yaşayan 6 uşaqlı ailə haqqında məlumat yayılıb
28 Avqust 2020 13:10 Sosial27 avqust 2020-ci il tarixdə kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Bizlan kəndində çətin şəraitdə yaşayan 6 uşaqlı ailə haqqında məlumat yayılıb. "Olaylar" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələni nəzarətə götürüb. Komitənin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ailənin vəziyyətinin qiymətləndirilərək problemlərinin həlli istiqamətində adiyyəti sosial xidmətlərə yönləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31