Aqrar sığorta sahəsində müstəqil ekspertlər institutu yaradılır
Azərbaycanda aqrar sığortanın tətbiqi ilə əlaqədar olaraq bu sahədə müstəqil ekspertlər institutu yaradılır.
28 Avqust 2020 13:09 SosialAzərbaycanda aqrar sığortanın tətbiqi ilə əlaqədar olaraq bu sahədə müstəqil ekspertlər institutu yaradılır. Müstəqil ekspert - kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxsdir. Kənd Təsərrüfatı Nazirliindən "Olaylar"a bildirilib ki, ölkə qanunvericiliyinə görə, aqrar sığorta müqaviləsi bağlanarkən riskləri və hadisə baş verdikdə dəymiş zərəri müstəqil ekspertlər qiymətləndirəcəklər. Bu, ödənişli xidmətdir və həmin xidmətlərin həyata keçirilməsi üçün müstəqil ekspertlərə müvafiq xidmət haqqı ödəniləcək. Nazirlər Kabinetinin "Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərarına görə aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq istəyən şəxslər aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi, baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik, eləcə də balıqçılıq və su bioehtiyatları və akvakultura üzrə ali və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.
Başqa sözlə, hazırda dövlət və özəl sektorda çalışan baytarlar, aqronomlar, balıqçılıq və oxşar ixtisaslara sahib olan şəxslər, eləcə də sözügedən ixtisaslar üzrə universitet və kollec məzunları müstəqil ekspert statusu ala bilərlər. Belə ixtisaslara malik olan şəxslər aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq üçün müvafiq imtahan verərək sertifikat almıalı və reyestrə daxil edilməlidirlər.