300 layihə çərçivəsində 25 min iş yeri yaradılıb
İnvestisiya təşviqi sənədi verilmiş 300-dən artıq layihə artıq fəaliyyətə başlayıb və 25 mindən artıq iş yeri yaradılıb.
28 Avqust 2020 12:15 Sosialİnvestisiya təşviqi sənədi verilmiş 300-dən artıq layihə artıq fəaliyyətə başlayıb və 25 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və digər ölkələrə ixrac olunur. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 3623 təsdiqedici sənəd verilib, nəticədə təqribən 653 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub. Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib. Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.