Güclü immunitet üçün ÜÇ ƏSAS VİTAMİN

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərindən olan həkim-diyetoloq Culiya Zumpano güclü immunitet üçün lazım olan üç vacib vitaminin adını açıqlayıb.

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərindən olan həkim-diyetoloq Culiya Zumpano güclü immunitet üçün lazım olan üç vacib vitaminin adını açıqlayıb.

Olaylar.az-ın verdiyi xəbərə görə, onun sözlərini "Heilpraxisnet" sitat gətirir.

Zumpanonun sözlərinə əsasən, insan orqanizmi immun sistemini stimullaşdıran C vitamininə ehtiyac duyur. Bu vitamin çatışmazlığı insanı müxtəlif xəstəliklərə daha həssas edir.

Zumpano C vitamini ilə zəngin qidalar yeməyi məsləhət görür: portağal, greypfrut, naringi, çiyələk, bibər, ispanaq, kələm və brokkoli.

Bundan əlavə, sağlamlıq üçün B6 vitamininə ehtiyac var. Bu vitamini toyuq, balıq, yaşıl tərəvəz və noxud kimi qidalar vasitəsi ilə qəbul etmək mümkündür.

İmunitet üçün üçüncü vacib vitamin E vitaminidir. Gündəlik rasiona qoz-fındıq və ispanaq əlavə etməklə bu vitaminin çatışmazlığını aradan qaldırmaq mümkündür.

Zumpano qida əlavələrindən çəkinməyi və orqanizmə lazım olan bütün vitaminləri balanslı qidalanma yolu ilə qəbul etməyi məsləhət görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31