"Professor ərim yatdığı tələbələrinə yüksək qiymət yazıb" deyib, həmin qızların adlarını sadaladı - FOTO
24 Avqust 2020 12:37 SosialÖlkənin nüfuzlu universitetlərindən birinin professoru ilə bağlı yayılan səs yazısı gündəmi alt-üst edib.
Milli.Az xəbər verir ki, Hindistanın nüfuzlu təhsil müəssisələrindən biri olan Burdwan universitetinin ingilis dili və ədəbiyyatı ixtisası üzrə professoru Angshuman Kar ilə bağlı səsləndirilən iddialar ölkədə günün əsas mövzusuna çevrilib.
Professorun xanımı ərinin xəyanətlərindən boğaza yığılaraq onu ifşa etmək qərarına gəlib. Qadın əri ilə bağlı səs yazısı yayaraq dəfələrlə xəyanətlə üzləşdiyini etiraf edib.
"Ərim cinsi əlaqə qarşılığında tələbələrinə yüksək qiymət yazıb", - deyən qadın şübhələndiyi qız tələbələrin adlarını da açıqlayıb.
Sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31



