Mayis Səfərli: “Ziyalılarımızın susqunluğu heç başa düşülən deyil”

“Karantin rejimində bəzi yüksək vəzifəlilərin, var-dövlət sahiblərinin qadağalara rəğmən övladlarına toy-düyün təşkil etmələri cəmiyyətdə böyük etirazlar doğurub. İnsanlar qanunçuluğun müdafiəsinə qalxır, haqqlı olaraq, hamının qanun qarşısında bərabər məsuliyyətinin təmin edilməsini istəyirlər”.

"Karantin rejimində bəzi yüksək vəzifəlilərin, var-dövlət sahiblərinin qadağalara rəğmən övladlarına toy-düyün təşkil etmələri cəmiyyətdə böyük etirazlar doğurub. İnsanlar qanunçuluğun müdafiəsinə qalxır, haqqlı olaraq, hamının qanun qarşısında bərabər məsuliyyətinin təmin edilməsini istəyirlər". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, həm mətbuatda, həm də sosial şəbəkələrdə müxtəlif peşə sahibləri, ictimai-siyasi xadimlər, sadə insanlar məsələyə münasibətlərini bildirir, mövqelərini açıqlayırlar: "Əfsuslar olsun ki, imzalar arasında adlı-sanlı məşhurlar gözə dəymir, aydınlarımızın səsi eşidilmir. Bu, utancvericidir.Toplumun yolunu aydınlatmağa, milli maraqlarımızı, dəyərlərimizi təhdid edən təhlükələrlə mübarizənin önündə getməyə borclu olan ziyalılarımızın susqunluğu heç başa düşülən deyil. İnsan uzaqdakı təhlükəni görmürsə, yaxud görmək istəmirsə, yaxınında, lap burnunun önündə üzüntü toxumları böyüdür. Burada yadıma düşən bir ibrətamiz məsəli sizə danışmaq istəyirəm.

Bir dəfə siçan ferma sahibinin tələ qurduğunu görür və bunu toyuğa, qoyuna və inəyə söyləyir. Onlar isə bir ağızdan cavab verirlər ki, bunun bizə dəxli yoxdur, tələ sənə qurulub, problem sənindir. Ertəsi gün tələyə ilan düşür və ferma sahibinin xanımını sancır. Onu müalicə etmək üçün toyuğu kəsib bulyon bişirirlər. Daha sonra, xəstəni ziyarətə gələn qohum-əqrəbanı yedizdirmək üçün qoyunu kəsirlər. Qadını xilas etmək olmur-dünyasını dəyişir. Yas məclisini vermək üçün inəyi də kəsirlər... Yaxasını problemlərdən kənara çəkən, toplumu uçuruma aparan təhlükəli hərəkətlərə göz yuman, öz maraqlarına düşkün olan hər kəs bir gün biganəliyinin gətirəcəyi bəla ilə qarşılaşmağa hazır olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31