Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

28 avqust - 1 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Olaylar.az bildirir ki, həmin tarixlərdə ingilis dili, alman dili və kimya  fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apellyasiya müraciəti etmək imkanı yaradılacaq. Avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apellyasiya  müraciəti edə biləcəklər. Yeni tədris ili başlamazdan öncə namizədlərin apellyasiya müraciətlərinə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31