Məktəblilərin Asiya Pasifik İnformatika Olimpiadasındakı uğuru

Virtual formatda Asiya Pasifik İnformatika Olimpiadası təşkil olunub. Olaylar.az bildirir ki, 33 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi yarışmada məktəblilərimiz uğurla çıxış ediblər.  Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI  sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medala layiq görülüblər. 

Virtual formatda Asiya Pasifik İnformatika Olimpiadası təşkil olunub. Olaylar.az bildirir ki, 33 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi yarışmada məktəblilərimiz uğurla çıxış ediblər. 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI  sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medala layiq görülüblər. 

Qeyd edək ki, Asiya Pasifik İnformatika Olimpiadası 2007-ci ildən etibarən Beynəlxalq İnformatika Olimpiadası formatında təşkil edilən virtual müsabiqədir, məktəblilərimiz sözügedən yarışa 2019-cu ildən etibarən qatılırlar. 

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31