Fırtına 1 milyondan çox insanı işıqsız qoydu - VİDEO

Avqustun 22-dən 23-nə keçən gecə Dominikan Respublikası ərazisindən "Laura" tropik fırtınası keçib.

Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində 1,1 milyona yaxın insanın yaşadığı rayonunlar işıqsız qalıb.

Hazırda mütəxəssislər elektrik təchizatını bərpa edirlər. Qeyd olunub ki, hakimiyyət ölkənin paytaxtı - Santo Domingo şəhərinin yaxınlığında leysan yağışlara görə bir evin çökməsi nəticəsində ən azı iki nəfərin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, Laura tropik qasırğasının sürəti 23 m/s təşkil edib. Hazırda qasırğa Kubaya doğru hərəkətdədir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31