22 avqust: Koronavirusa yoluxanların sayı artdı
22 Avqust 2020 20:25 SosialAzərbaycanda koronavirus infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan üç nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6557 test aparılıb. Aktiv xəstə sayı isə 1748 nəfərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31