"Mən sosial şəbəkələrdə olan zaman milli mənəvi dəyərlərimizi təbliğ edirəm"
22 Avqust 2020 15:37 SosialHər bir xalq mədəniyyəti ilə digərlərindən fərqlənir. Bu xalqlardan biri də Azərbaycan xalqıdır. Mədəniyyət kəliməsinin çox geniş anlamı vardır. Buraya kino, musiqi, memarlıq abidələri və.s kimi anlayışlar daxildir. Azərbaycan mədəniyyəti qədim və rəngarəngdir. Müasir dövrümüzdə mədəniyyətimizin tanıdılması yönündə bir sıra məqsədyönlü işlər görülmüş, layihə və təşkilatlar yaradılmşdır. Yaradılmış belə layihələrdən biri də Azərbaycan mədəniyyəti layihəsidir. Layihə 2017-ci ildə Nicat Müslümov tərəfindən yaradılmışdır. Layihənin əsas məqsədi sosial şəbəkələr çərçivəsində milli, mənəvi dəyərlərimizi insanlar arasında yaymaqdan ibarətdir sosial platformadır.Layihə qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq çox geniş insan kütləsi toplamış və bəyənilmişdir. Bir sıra sosial şəbəkələrdə: instaqram, feyzbuk, teleqram və yutubda mədəniyyətimizi yaymaq məqsədilə "Azərbaycan Mədəniyyəti" adlı hesablar yaradılmışdır. Sosial şəbəkələrdə, əsasən, tanınmış muğam ifaçıları və aktyorlarımızla bağlı məlumat və videoçarxlar öz əksini tapmışdır. Milli,mənəvi dəyərlərimizə hörmətlə yanaşan və onu tanıtmağı özünə şərəf bilən hər bir gənc layihə ətrafında toplanmışdır. Bu gənclərdən biri də mənəm. Layihəyə qısa zamandır qoşulmağıma baxmayaraq, layihəyə dəstək məqsədi ilə bir sıra işlər görülməsinə müvəffəq olmuşam və bundan çox məmnunam. Onu da qeyd edim ki, layihə çərçivəsində sosial şəbəkələrdə aktivlik göstərən hər bir üzvümüz sertifaktla təltif olunur. Milli, mənəvi dəyərlərimizi sevən və onu yaymağı özünə şərəf bilən hər bir gənci öz aramızda görmək diləyilə....
" Azərbaycan Mədəniyyəti " layihəsinin baş koordinatoru Aysel Məcidli