COVID-19-a yoluxma rekordunu yeniləyən ölkədə virus təhlükəsi
Ukrayna bir gündə aşkar olunan koronavirus infeksiyası hallarının sayına görə rekord qırıb.
22 Avqust 2020 15:41 SosialUkrayna bir gündə aşkar olunan koronavirus infeksiyası hallarının sayına görə rekord qırıb.
Bu barədə Strana.ua xəbər yayıb.
Ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) məlumatına görə, son bir gündə ölkədə 2 328 nəfərdə koronavirus aşkarlanıb, 657 nəfər sağalıb, 37 xəstə ölüb.
Əvvəlki anti-rekord dünən, avqustun 21-də müəyyən edilmişdi. Dünən bir gündə 2106 nəfərdə COVID-19 aşkar olunub.
Ukraynada infeksiyaya yoluxanların ümumi sayı 102 971 olub, onların 51 735-i sağalıb, 2244-ü ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31