"Yeni elektrik stansiyalarının qurulması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb" -MÜNASİBƏT
22 Avqust 2020 12:27 Sosial
"Son illər Azərbaycanda elektirk təchizatının yaxşlaşdırılması, yeni elektrik stansiyalarının qurulması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb. Əsas məqsəd əhalini davamlı və keyfiyyətli enerji ilə təmin etməkdir". Bunu millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, bir çox zavod və fabriklərin normal fəaliyyəti üçün də elektrik enerjisinin fasiləsiz və keyfiyyətli verilməsi xüsusi önəm daşıyır: "Bu olmadan iqtisadiyyatda inkişafa nail olmaq da mümkün deyil. Bu reallıq nəzər alınaraq davamlı olaraq bu sahəyə yeni yatırımlar edilir. Nəticə isə göz qabağındadır. Hər bir ölkəyə bu inkişafa nail olmaq nəsib olmur.
90-cı illərin əvvəllərində Azərbaycanın bir çox, rayon, qəsəbə və kəndində əhaliyə enerji fasilələrlə verilirdi. Elektrik stansiyalarının çoxu baxımsız və yararsız vəziyyətdə idi. Ucqar kəndlərin çoxunda elektrik enerjisi yox idi. Bu gün ölkəmizin ən ucqar kəndi belə fasiləsiz və keyfiyyətli enerji ilə təmin olunub. Bütün bu uğurlara Azərbaycanda həyata keçirilən uğurlu və uzaqgörən iqtisadi siyasət nəticəsində nail olunub.
Son illər Mingəçevir elektrik və istilik stansiyalarında geniş təmir və bərpa işləri həyata keçirilib. Respublikamızın hər yerində ardıcıl və məqsədyönlü şəkildə elektirik stansiyaları müasir tələblərə cavab verən şəkildə təmir və bərpa olunaraq ümumi elektrik stansiyalarına qoşulması təmin olunur. Burada ən müasir texnoloji imkanlar tətbiq olunur. Son açılışlar da bunu bir daha təsdiq edir. Bütün bu addımlarla Azərbaycan enerji istehlak edən ölkədən ixrac edən ölkəyə çevrildi. Qobuda açılan son stansiya da bu məqsədə və mərama xidmət edir".