Koronavirus bəlası: xilas ola biləcəyikmi?
9 İyul 2020 17:06 SosialArtıq 4 aydan çoxdur ki, ölkədə karantin rejimidir. İlk aylarda dünya təcrübəsi nəzərə alındı, insanların təhlükəsizliyi, maariflənməsi istiqamətində böyük əziyyətlə çəkildi. Prezident İlham Əliyevin tapşırığı və sərəncamı ilə bir neçə mühüm qərarlar verildi. Bura sosial layihələrin davam etdirilməsi, heç bir gəliri olmayan vətəndaşların aylıq müavinətlə təmin olunması, müəyyən özəl və dövlət müəssələrində ixtisarlara yol verilməməsi və.s kimi ciddi tapşırıqlar pandemiya zamanı əhalinin sosial rihafı naminə idi. Və bu kimi qərarlar vətəndaşlar tərəfindən alıqışlandı. Bölgələrdə, paytaxtda yaşayan sakinlər ölkə prezidentinin ünvanına davamlı olaraq təşəkkür məktubları ünvanladılar. Prezidentin pandemiya zamanı koronaviruslu xəstələrə xidmət üçün bir necə modul tipli xəstəxanaların açılışında şəxsən iştirak etməsi, insanlara özlərinin, doğmalarının sağlamlaıqlarını düşünməyə, tibbi maskalardan istifadəyə, qapalı və insanların çox olduğu məkanlarda sosial məsafələrə əməl etməyə səsləməsi bir daha göstərir ki, cənab prezident hər zaman ölkə vətəndaşlarının yanındadır.
Mart ayında ölkədə tətbiq olunan sərt karantin rejimi nəticəsində Azərbaycanda yoluxma və ölüm halları üzrə göstəricilər digər ölkələrlə müqayisədə aşağıdır. Ən doğru qərar isə mart ayının ilk günlərində məktəb, universitetlərin tez bir zamanda bağladılması oldu. Onlayn sistemə keçməsinin ən başlıca məqsədi uşaqları, gəncləri bu yeni bəladan uzaq etmək idi. Dərslərin əvvəlki qaydada onlayn sistemdə davam etməsi bir daha təhsil sistemində aparılan yeniliklərin nəticəsi idi. Universitetlərdə keçirilən onlayn semestr imtahanları, birincilərin onlayn şəkildə məktəbə qəbulu, universitet daxilin müxtəlif onlayn beynəlxalq konfranların təşkili və.s bütün bunlar təhsil sistemində aparılan yenidənqurma işlərinin əyani göstəricisidir.
Cənab prezidentin tapşırığı ilə karantin rejiminin tətbiq olunmasından qısa zaman sonra tibbi maska istehsal edən zavodun açılışı, bir neçə bölgədə koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş mərkəzləşdirilmiş xəstəxanaların, yeni tipli laboratoriyaların istifadəyə verilməsi, bir 4-5 ulduzlu otellərdə karantinə alınan vətəndaşların istifadəsinə verilməsi sayəsində bu gün Azərbaycanda göstərilən rəqəmlər dünya statistikası ilə müqayisə oluna bilməz. Prezidentin və məsuliyyətli vətəndaşların, zəhmətkeş həkimlərin gecə-gündüz apardığı bu mübarizəni təəssüf ki, bəzi qurumlar heçə sayır, məsuliyyətsiz, yarıtmaz qərarlar qəbul edir. Əvvəlki aylarda tətbiq olunan sərt karantin rejimi davamlı olaraq həyata keçirilsəydi, böyk ehtimal ki, Azərbaycanda da bu gün həyat normallaşardı. Hansı yanlış qərarlar sayəsində bu gün insanlarda bəzi qurumlara qarşı inamsızlıq yarandı?
Martın 22-dən insanların ölkədaxili hərəkəti qadağan edildi. İlk günlərdə hər kəs verilən qərara hörmət edərək əməl edirdi. Amma son zamanlar sosial şəbəkələrdən görünən odur ki, bu qərarlar yalnız aztəminatlı insanlara şamil olunur. Özlərini elit cəmiyyətin üzvü sayanlar həftəsonları istirahətlərini həm paytaxtda, həm bölgələrdə, həm də xarici ölkələrdə təmin edə bilirlər. Buradan belə bir sual yaranır ki, koronavirus özlərini elit sayanların toplaşdığı məkanlardan qorxurmu? Məsələn, koronavirusu əli, ayağı olan bir canlıya bənzətsək belə təsəvvür yaranır ki, o yalnız sadə insanların toplaşdığı məkanlarda həsrətlə onları gözləyir. Test verib xarici ölkəyə istirahətə getmək olursa, nədən test verib öz turistik bölgələrimizə gedə bilmirik? Məlum, yay ayıdır. Çalışan, təhsil alan hər kəs yeni sezonda daha səmərəli çalışmaq üçün məzuniyyətini səmərəli keçirməlidi. Amma harada və necə?
Sentyabr ayında dərslərə, işə başlayan tələbənin, şagirdin, işçinin verilən tapşırığı yerinə yetirməyə sağlamlıq baxımından gücü olacaqmı?
Niyə illərlə bu sahədə çalışan, saç ağardan infeksionistlərin, epidemoloqların məsləhətləri qulaqardına vurulur? Səbəb nədir?
Hər kəs virusa yoluxub-yoluxmadığını bilmək istəyir. Təbii buna görə test verməlidir. Testlərin qiyməti isə... Aylıq gəliri 300 manat olan və 4 nəfərdən ibarət bir ailə testlərdən necə keçsin? Vətəndaşlar üçün testlərin ödənişsiz edilməsi daha vacib qərar olmazmı?
Vətəndaşların sualları çoxdu. Amma aidiyyatı qurumlar hələki dünya praktikasını "öyrəndiklərinə" görə suallarımızı cavabsız qoyurlar.
Ay An