Onlayn müsahibələrin keçirilmə tarixi
9 İyul 2020 17:08 Sosialİyulun 10-da dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək.
Olaylar.az bildirir ki, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb. Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31