Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi
7 İyul 2020 10:26 SosialAstarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Məlumata görə, müvafiq polis şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar. Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.E. Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31