21 yaşlı gənc aptekə basqın etdi
30 Aprel 2020 11:01 SosialBakıda aptekdə soyğunçuluq hadisəsi törədilib. "Olaylar" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki aptekdə qeydə alınıb. Naməlum şəxs aptekə daxil olaraq əzçanı hədələyib. Həmin şəxs aptekdən 106 manat dəyərində tibbi məhsul götürüb və hadisə yerindən qaçıb.
Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E.Nurməhəmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31