Bakıda karantin rejimini pozanlar cərimələnir
27 Mart 2020 14:17 SosialPolis Bakıda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir. "Olaylar"ın xəbərinə görə, polis bu gündən xüsusi karantin rejim qaydalarını pozanları cərimələməyə başlayıb. Belə ki, rejim qaydalarına əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Qaydalara əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31