Azərbaycanda dəhşətli intihar - Özünü Kür çayına atdı
24 Oktyabr 2019 13:11 SosialSabirabad rayonunda intihar hadisəsi baş verib.Publika.az xəbər verir ki, rayonun Yolçubəyli kənd sakini 60 yaşlı Qaraxan Hümbətov özünü Kür çayına atıb.Belə ki, bu gün səhər saatlarında Q.Hümbətov Kür çayı üzərindəki Sabirabad şəhəri ilə Cavad kəndini birləşdirən körpüdən özünü çaya atıb. Onun meyitinin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31