Əflatun Amaşovdan yeni təklif

Əflatun Amaşovdan yeni təklif

"Soydaş haqqında" qanun qəbil edilməlidir

Millət vəkili, Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov növbəti təkliflə çıxış edib. O, "Soydaş haqqında" qanun layihəsinin hazırlanması və parlament müzakirələrinə çıxarılaraq, qəbul olunması təkliflini irəli sürüb. "Olaylar" xəbər verir ki, millət vəkilinin sözlərinə görə, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın ölkəmizə mədəni-mənəvi, elmi-siyasi cəhətdən yaxınlığı mütləqdir.Bunun üçün sosial-hüqiqi mexanizmin işlənməsi müstəsna əhəmiyyət daşıyır: "Belə bir mexanizm üçün hüquqi baza rolunu "Soydaş haqqında" qanun oynaya bilər. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi ölkəmizin daxilində miqrant və əcnəbilərin hərəkət və fəaliyyətini tənzimləyir. Lakin bu qanunvericilik soydaşlarımızı, o cümlədən, Gürcüstan vətəndaşı olan soydaşlarımızı əcnəbi statusunda təsdiqləyir. Onların Azərbaycanla bağlılıqlarını möhkəmləndirmək üçün digər əcnəbilərdən fərqli statusda qəbul edilmələri vacibdir ki, bu da "Soydaş haqqında" qanunla mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31