Məsim Hacıyev Əkrəm İmamoğlunu ziyarət etdi
Məsim Hacıyev Əkrəm İmamoğlunu ziyarət etdi
16 Sentyabr 2019 12:27 SosialSentyabrın 13-də Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni seçilmiş başçısı Əkrəm İmamoğluna nəzakət ziyarəti edib.
Baş konsul Məsim Hacıyev onu qəbul etdiyinə görə Ekrem İmamoğluna təşəkkür edib. Öz növbəsində Əkrəm İmamoğlu, qardaş Azərbaycanın onun qəlbində xüsusi yerə sahib olduğunu qeyd edib, ziyarət səbəbilə Baş konsul Məsim Hacıyevə təşəkkürünü bildirib.
Görüş zamanı iki qardaş ölkə arasındakı münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

.jpg)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31