İranda bığ yapışdırıb stadiona gedən qızların cəzası bəlli oldu

İran futbol çempionatını izləmək üçün süni bığ və saqqal yapışdırıb stadiona keçən 6 qız həbs edilib.

Teleqraf.com xəbər verir ki, qızlardan biri "Eqtesadi cahan" (Dünya iqtisadiyyatı) qəzetinin müxbiridir. İran qanunlarına əsasən, qadının stadiona getməsi qadağandır.

Həbs olunan qızlar inzibati qaydada cəza alacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31