Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
11 Avqust 2019 19:14 SosialBirinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir:
"Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm.
Allah dualarınızı qəbul etsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31