Azərbaycanda ictimai asayiş etibarlı şəkildə qorunur

Heç bir qüvvə onu təhdid etmək gücündə deyil

Son illər dünyanın müxtəlif ölkələrində baş verən xaotik böhranlar, ayrı-ayrı ölkələrin tənəzzülü bir daha sübut edir ki, ölkədə ilk növbədə təhlükəsizlik təmin olunmadan cəmiyyətin inkişafı mümkün deyil. Məhz sözügedən təhlükəsizliyin təmin olunması heç şübhəsiz ki, hüquq mühafizə orqanlarının, xüsusilə polisin səmərəli fəaliyyəti ilə mümkündür. Etiraf edilməlidir ki, Azərbaycanda ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında daxili işlər orqanlarının xidmətləri kifayət qədərdir. Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan polisi təkcə ölkədə ictimai asayişin mühafizəsi ilə məşğul deyil: "Azərbaycan polisi torpaqlarımızın müdafiəsi, ölkənin ərazi bütövlüyünün təmin olunması, dövlətin Konstitusion quruluşunun dəyişdirilməsiə edilən cəhdin qarşının alınması, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışıb, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirib. Polisin taleyüklü anlarda belə dövlətin, xalqın, vətəndaşın maraqları tələb edən zamanda polisin həyatını riskə ataraq böyük rəşadət və qəhrəmanlıqlar nümayiş etdirdiyinin, hətta canından belə keçdiyinin dəfələrlə şahidi olmuşuq". Onun sözlərinə görə, Azərbaycan polisi cəmiyyətdə baş verən neqativ halların qarşısının alınması proseslərdə daim öndə olub: "Şamaxıda baş verən zəlzələ, "Diqlas" və "Sədərək" Ticarət Mərkəzlərində baş verən yanğınlar, Gəncədə qeydə alınan ixtişaşlar zamanı polisin fədakarlığını hamı gördü. Mülki vətəndaşlardan fərqli olaraq polis əməkdaşları özlərini irəli atdılar, hətta yaralanan və ölənlər də oldu. Təkcə bu fakt Azərbaycan polisinin fədakarlığının bariz nümunəsi kimi qəbul edilə bilər. Məhz daxili işlər orqanlarının səmərəli fəaliyyətinin nəticəsidir ki, ölkədə ictimai asayiş tamamilə təmin olunub. Artıq hər bir vətəndaş küçədə sərbəst şəkildə gəzə, evində rahat halda yata bilir. Bilir ki, polis onun təhlükəsizliyinin keşiyində durub, mülkiyyəti tam şəkildə qorunur. Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycana turist axını xeyli dərəcədə artıb. Polisin öz vəzifəsini yüksək səviyyədə həyata keçirməsi dəfələrlə əcnəbi turistlər tərəfindən də etifar edilib. Bir əcnəbi turist Azərbaycana səfərindən sonra xatirələrində qeyd etmişdi ki, polisdən gedəcəyi ünvanı soruşub. Polis ona ünvanı izah etməklə kifayətlənməyərək iş yoldaşından onu əvəz etməsini xahiş edib və onu ünvanına qədər müşayət edib. Təkcə bu fakt Azərbaycan polisinin insanlarla nəzakətlə davranışının bariz nümunəsidir". Hüquqşünas qeyd edib ki, hazırda daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc əməkdaşlarla aparılan hamiçilik işinin səmərəsi yüksək səviyyədədir. Bu sahəyə xüsusi diqqət yetirildiyindən peşəkar kadrların hazırlıq səviyyəsinin artırılması üçün real işlər görülür, nəzarət və tələbkarlıq gücləndirilir. Peşə hazırlığı, o cümlədən ixtisasartırma və təkmilləşdirmə işinin beynəlxalq təcrübə nəzərə alınmaqla qurulması, polisin fəaliyyətinin təşkili və həyata keçirilməsində əldə olunmuş müsbət nəticələrin öyrənilərək şəxsi heyətə çatdırılması və xidməti fəaliyyətdə tətbiqi nairlik üçün ən vacib məsələlərdən hesab olunur. Həmçinin cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təminində rolu və yeri baxımından əməkdaşların peşə hazırlığının təşkili, əməliyyat-xidməti fəaliyyətin prioritet istiqamətlərindən biri kimi nəzarətdə saxlanılır. Polis əməkdaşının vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etməsinin əhəmiyyəti nəzərə alınaraq qanunçuluğa, xüsusən insan hüquq və azadlıqlarına riayət olunmasına görə polis əməkdaşlarının şəxsən məsuliyyət və cavabdehlik daşımlarına xüsusi diqqət yetirilir: "Artıq qətiyyətlə söyləmək olar ki, bu gün daxili işlər orqanlarında qanunla müəyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirə bilən istedadlı və yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşmışdır. Orta və böyük rəis heyətində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi yüksələn xətt üzrə inkişaf edir. Onların tərkibində hüquqşünasların xüsusi çəkisi 80 faizədək yüksəlmişdir. Ümumilikdə, daxili işlər oraqnlarına peşəkar kadrların, xüsusən gənclərin xidmətə cəlb edilməsi və inkişafı üzrə tədbirlər sistemli şəkildə davam etdirilir. Artıq bu gün "mənim polisim məni qoruyur" deyimi də bu gün tam həqiqi mahiyyəti ilə qəbul edilir. Bu səbədən qətiyyətlə demək olar ki, Azərbaycanda ictimai asayiş, təhlükəsizlik etibarlı qorunur və onu heç bir qüvvə təhdid etmək gücündə deyil"

. Zəka 

OLAYLAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31