Milli Məclis 20 məsələni müzakirə edəcək
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
9 Aprel 2019 11:22 SosialBu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, iclasın əvvəlində Hesablama Palatasının hesabatı dinləniləcək.Daha sonra deputatlar Ailə Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Su Məcəlləsinə, Mülki Məcəlləyə, Gömrük Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "İctimai iştirakçılıq haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında" və digər qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəklər. Ümumilikdə iclasın gündəliyinə 20 məsələ daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31