Bakıda özəl klinikada ölüm hadisəsi baş verdi

Bakının Nəsimi rayonunda yerləşən "Baku Medikal Plaza" klinikasında ölüm hadisəsi baş verib.

Klinikada ürəyindən əməliyyat olunan Bərdə rayon sakini, 70 yaşlı Cəlilova Günəş Həmid qızı əməliyyat masasında dünyasını dəyişib.

Hadisə ilə bağlı ailə üzvləri hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31