Gənclər əhalinin 10 milyona çatması münasibəti ilə flaşmob keçirib
8 Aprel 2019 15:49 SosialAzərbaycan əhalisinin 10 milyona çatması münasibəti ilə ölkə gənclərinin təşəbbüsü ilə Bakının görkəmli və rəmzi məna daşıyan ərazilərində kütləvi aksiyalar, flaş-moblar təşkil edilir. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, ən böyük belə aksiya - Gənclər və İdman və Mədəniyyət Nazirliklərin dəstəyi ilə 1000 nəfərədək gəncin iştirak ilə baş tutub. Gənclər 10.000.000 rəqəmini ölkənin müstəqillik rəmzi olan Bayraq Meydanında "yazıblar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31